Smart TV

"LG" smart TV.

Smart TV (ing. "ağıllı televizor") — istifadəçilərə musiqi və videoları yayımlamağa, internetə nəzər yetirmək və şəkillərə baxmağa imkan verən inteqrasiya edilmiş internet və interaktiv Veb 2.0 xüsusiyyətləri olan ənənəvi televizor. Smart TV-lər kompüterlərin, televizorlarınrəqəmsal media pleyerlərinin texnoloji konvergensiyasıdır. Ənənəvi yayım mediası vasitəsilə təmin edilən televizorların ənənəvi funksiyalarından başqa, bu cihazlar ev şəbəkəsinə çıxışla yanaşı, striminq televiziyasıinternet radiosu kimi yüksək səviyyəli media xidmətlərinə çıxışı təmin edə bilər.[1][2][3]

Smart TV İnternet TV, IPTV və ya striminq televiziyasından fərqlidir. İnternet televiziyasında internetin necə çatdırılmasından asılı olmayaraq yerüstü, kabel və peyk kimi ənənəvi sistemlər əvəzinə televiziya məzmununun internet üzərindən qəbul edilməsi nəzərdə tutulur. IPTV televiziya yayımçıları tərəfindən istifadə olunan internet televiziya texnologiyası standartlarından biridir. Striminq televiziyası internet TV-də nümayiş etdirmək üçün bir çox istehsalçı tərəfindən yaradılan proqramlar üçün istifadə edilən bir termindir.

Smart TV-lərdə əməliyyat sistemi applikasiyalara və digər rəqəmsal məzmuna çıxışı təmin edən televizorun quraşdırılmış proqram təminatına əvvəlcədən yüklənir. Bunun əksinə olaraq, ənənəvi televizorlar ilk növbədə displey rolunu oynayır və satıcıya məxsus fərdiləşdirmə ilə məhdudlaşır. Proqram təminatı proqramları cihaza əvvəlcədən yüklənə, həmçinin proqramların müasir smartfonlara inteqrasiyasına bənzər şəkildə applikasiya mağazası vasitəsilə tələb əsasında yenilənə və ya quraşdırıla bilər.[4][5][6][7][8]

Smart TV-ləri işə salan texnologiya həmçinin, rəqəmsal televizor qəbuledicisi kimi xarici cihazlar və bəzi Blu-ray pleyerləri, videooyun konsolları, rəqəmsal media pleyerləri, otel televiziya sistemləri, smartfonlar və şəbəkəyə qoşulmuş digər interaktiv cihazlarda da tətbiq olunur.[9][10] Bu cihazlar auditoriyaya internetdən, kabel və ya peyk televiziya kanallarından və ya lokal yaddaş qurğusundan videolar, filmlər, teleşoular, fotoşəkillər və digər məzmunu tapıb oxutmağa imkan verir.

  1. Steve Kovach. "What Is A Smart TV?". Businessinsider.com. December 8, 2010. November 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2012.
  2. Jeremy Toeman 41. "Why Connected TVs Will Be About the Content, Not the Apps". Mashable.com. October 20, 2010. September 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2012.
  3. "Internet TV and The Death of Cable TV, really". Techcrunch.com. October 24, 2010. November 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2012.
  4. "Smart TV competition heats up market". Asianewsnet.net. Archived from the original on April 7, 2012. İstifadə tarixi: January 17, 2012.
  5. "Smart TV Shower Opens Smart Life". Koreaittimes.com. October 7, 2010. July 21, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2012.
  6. Chacksfield, Marc. "Intel: Smart TV revolution 'biggest since move to colour' – The wonders of widgets?". Techradar.com. May 12, 2010. January 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2012.
  7. "Google, With Intel and Sony, Unveils Software for 'Smart' TVs". Bloomberg BusinessWeek. May 20, 2010. May 23, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 17, 2012.
  8. Katzmaier, David. "Poll: Smart TV or dumb monitor?". News.cnet.com. September 8, 2010. February 19, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 17, 2012.
  9. Intel and Smart TV Arxivləşdirilib avqust 6, 2010, at the Wayback Machine. intel.com. Retrieved on November 11, 2010.
  10. "Roku 2: Same Old (But Still Good), Same Old". Gizmodo.com. August 4, 2011. January 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2012.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search